Rüstəm və Eldar Kiyev “Dinamo”suna qarşı oynadılar

19:41 - 27 Noyabr 2021

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” evdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və məğlub olub - 0:2.

 

Rüstəmlə Eldar start heyətdə meydana çıxıblar. Quliyev sonadək oynadığı halda, Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib.


16 turdan sonra 10 xalı olan “Minay” 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti