Neymar ağır zədələndi

21:06 - 28 Noyabr 2021

PSJ-nin vingeri Neymar Fransa I Liqasının 15-ci turunda "Sent-Etyen"lə qarşılaşmada zədələnib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu matçın 84-cü dəqiqəsində ağır zədələnib. Rəqiblə mübarizədə topuğu bükülən Neymar yerdə alıb.

 

Həkimlərin bir neçə dəqiqə tibbi yardımından sonra futbolçu meydanı xərəkdə tərk edib. Onun ayağı qırıldığı ehtimal olunur. Futbolçunun durumu tibbi müayinədən sonra açıqlanacaq.

Xəbər xətti