"Milan" sabiq futbolçusunun komandasına qalib gəldi - VİDEO

10:20 - 2 Dekabr 2021

İtaliya A Seriyasında 15-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Cenoa" ilə qarşılaşıb.

Qarşılaşma milanlıların 3:0 hesablı qələbəsiylə başa çatıb. "Cenoa"nın baş məşqçisi uzun illər "rossonyerlər"in formasını geyinmiş Andrey Şevçenkodu.

Xallarını 35-ə yüksəldən "Milan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Cenoa" isə 10 xalla 18-ci sıradadı.

 

"Cenoa" - "Milan" 0:3

Qollar: İbrahimoviç, 10, Junior Messias 45, 61

Xəbər xətti