"De Byazinin qalacağını bilirdim, Elxan Məmmədov onun haqda mənfi fikir söyləməmişdi"

13:42 - 2 Dekabr 2021

“Canni De Byazini postunda qalması haqda nə deyim? Onsuzda bildikləri kimi edirlər də. İtaliyalını postunda saxlayıblar, nə desəm, nə xeyri var?”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Ruslan Abbasov deyib.

Azərbaycan milli komandasının şərəfini qorumuş veteran futbolçu Canni De Byazinin baş məşqçi postunda qalması haqda danışıb. Abbasovun dediyinə görə, AFFA İcraiyyə Komitəsinin qərarı onun üçün gözlənilməz olmayıb: “Açığı Canni De Byazinin millidə qalacağını bilirdim. Hardan? Çünki Elxan Məmmədov onun haqda mənfi fikir söyləməmişdi. Ola bilər Millət Liqasında nəsə edəcək deyə, gözləyirlər. Hələ də Canni De Byaziyə ümidlidilər ki, o, nəsə edəcək”.

“Yerlilərə inanmırlar da. Zəif görürlər yerli məşqçiləri. Uğuru, uğurlu məşqçini başqa ölkədən gələcək məşqçidə görürlər” - deyə, Ruslan Abbasov fikirlərini yekunlaşdırıb.

Xəbər xətti