Fransa millisinin futbolçusu Kilian Mbappenin qardaşı İtan Mbappe də Fransa yığmasına çağırılıb.
Sportal.az xəbər verir ki, İtan Fransanın 16 yaşadək futbolçulardan ibarət yığmasına dəvət edilib.
15 yaşlı oyunçu komandanın təlim-məşq toplanışında olacaq.
İtan PSJ ilə ilk peşəkar müqaviləsini bu ilin yayında imzalayıb.