"Neftçi" "Sumqayıt"la matça itkilərlə hazırlaşır

15:14 - 2 Dekabr 2021

“Neftçi” Premyer Liqanın XIII turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, birgünlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər - Aqil Məmmədov və Mamadu Mbodj iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşğul olan Tiaqo Bezerra komanda ilə məşq edib.

“Neftçi” – “Sumqayıt” görüşü dekabrın 5-i saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər xətti