Mahir Emreli məşhur klubun hədəfində

12:09 - 3 Dekabr 2021

Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli karyerasını Çexiyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı forvardla bu ölkənin köklü klublarında olan "Slaviya" maraqlanır. Çexiya mətbuatının yazdığına görə, Praqa təmsilçisinin məşqçiləri azərbaycanlı futbolçunun oyununu yaxından təqib edir.

 

Əgər "Legiya" Polşa çempionatında böhranlı vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Mahir Varşava təmsilçisini tərk edəcək.

 

Qeyd edək ki, Mahir Emreli "Legiya"ya bu mövsüm azad agent statusu ilə keçib. Milli komandamızın üzvü Polşa klubunun heyətində meydana çıxdığı 30 oyunda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti