Baş məşqçi komandasının qoluna sevinərkən öldü

12:56 - 4 Dekabr 2021

Misirin aşağı liqasında keçirilən oyun zamanı faciə baş verib.

 

Sportal.az xəbər verir ki, "Əl-Maqd" - "Əl-Zarka" matçında meydan sahiblərinin baş məşqçisi Ədhəm Əl-Selhedar dünyasını dəyişib. Məşqçi 90-cı dəqiqədə komandasının vurduğu qola sevinərkən huşunu itirib. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, qarşılaşma "Əl-Maqd"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Resim

Xəbər xətti