Namiq Ələsgərov vurduğu qol barədə nə dedi?

10:20 - 6 Dekabr 2021

"Qələbəyə ehtiyacımız var idi. Matça yaxşı hazırlaşmışdıq".

Sportal.az xəbər verir ki, bu fikirləri "Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.

Bursa klubunun ikinci qoluna imza atan 26 yaşlı cinah yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: "Qalibiyyət üçün xoşbəxtik. Burada önəmli olan bu uğurun davamını gətirməkdir. İnşallah, bu qələbə başlanğıc olar".

 

Xəbər xətti