Depay: "Bavariya"dan intiqam almaq istəyirik"

17:17 - 7 Dekabr 2021

"Barselona" Çempionlar Liqası qrup mərhələsinin son turunda səfərdə "Bavariya" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin niderlandlı futbolçusu Memfis Depay oyundan öncə iddialı açıqlama verib. 27 yaşlı hücumçu Almaniya klubunu məğlub edə biləcəklərini deyib:

 

"Bu, 1/8 finala vəsiqə qazanmaq üçün son şansımızdır, sanki finaldır. Maksimumu vermək və nəticə əldə etmək üçün özümüzü zehni olaraq hazırlamalıyıq. "Bavariya"dan intiqam almaq istəyirik. Biz "Barselona"yıq və əlbəttə bu, mümkündür. Azarkeşlərimiz də bunu bilir".

 

Qeyd edək ki, "Bavariya" - "Barselona" görüşü sabah Bakı vaxtilə 00:00-da baş tutacaq.

Xəbər xətti