"Kəpəz" kubok oyununa ciddi itkilərlə çıxacaq

21:53 - 10 Dekabr 2021

Azərbaycan Kubokunda "Sabah" ilə qarşılaşacaq "Kəpəz" bu gün keçirdiyi son məşq ilə matçın hazırlığını başa vurub.

 

Sportal.az xəbər verir ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq. MOİK-ə qarşı son çempionat oyununda zədələnən Cavid İmamverdiyev komandaya kömək edə bilməyəcək.
 

Əvvəlki turlardan zədəli olan Nicat Verdiyev ilə Nihat Fərəci də qarşıdakı matçı buraxacaq. Gənc futbolçuların müalicəsi davam edir.

 

Qeyd edək ki, "Sabah" - "Kəpəz" qarşılaşması sabah saat 18:00-da baş tutacaq.

Xəbər xətti