"Sapartak" baş məşqçisi ilə yollarını ayırdı

16:42 - 14 Dekabr 2021

Rusiyanın “Spartak” klubunda baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi Ruy Vitoriya ilə yollarını ayırıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Premyer Liqa klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisi istefaya göndərməklə bağlı qərar qəbul edib.

 

“Spartak” Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Moskva təmsilçisi Rusiya Premyer Liqasında isə turnir cədvəlinin 9-cu pilləsindədir.

Xəbər xətti