Moskva klubu yeni baş məşqçisini açıqladı

11:55 - 17 Dekabr 2021

Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisini Paolo Vanoli çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2022/2023-cü il mövsümünün sonuna kimi müqavilə imzalanıb. Tərəflər istəsə, sözləşməni daha bir il uzada bilər.

 

Qeyd edək ki, Paolo Vanoli "Spartak"ın baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Ruy Vitoriyanı əvəz edib.

Xəbər xətti