"Zirə" Polşa, Macarıstan və Şimali Makedoniya klubları ilə qarşılaşacaq

16:26 - 17 Dekabr 2021

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. "Qartallar" burada “İC Green Palace” otelində məskunlaşacaq.

 

“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. "Zirə” yanvarın 25-də Bakıya dönəcək.

Xəbər xətti