Çerçesovun yeni iş yeri bilindi

17:24 - 20 Dekabr 2021

Rusiya milli komandasının keçmiş baş məşqçisi Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Macarıstanda çalışacaq. Rusiyalı çalışdırıcı "Ferensvaroş"un baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Stanislav Çerçesov 2016-cı ildən 2021-ci ilin yayına kimi Rusiya millisinə rəhbərlik edib.

Xəbər xətti