"Neftçi" "Zaqatala"dan 3 xalla dönür - VİDEO

21:32 - 22 Dekabr 2021

Futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Zaqatala" doğma meydanda "Neftçi-2"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 20-yə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Zaqatala" isə 15 xalla 8-ci yerdədir.

 

"Zaqatala" – "Neftçi-2" 0:1
Qol:
Vüsal Əsgərov, 41.

 

Xəbər xətti