Millimizin rəqibi 2 yoxlama oyunu keçirəcək

23:17 - 22 Dekabr 2021

Milli komandamızın UEFA Millətlər Liqasında rəqibi olan Slovakiya yığması 2022-ci ilin əvvəlində iki yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Slovakiya millisi Norveç və Finlandiya ilə qarşılaşacaq. Ştefan Tarkoviçin çalışdırdığı kollektiv martın 25-də Osloda Norveçlə üz-üzə gələcək. Bundan 4 gün sonra isə İspaniyanın Mursiya şəhərində Finlandiya ilə görüş baş tutacaq.

 

Azərbaycan millisinin Slovakiya ilə ilk oyunu 2022-ci il iyunun 10-da Bakıda, ikinci görüşü isə sentyabrın 22-də səfərdə baş tutacaq.

Xəbər xətti