Canni De Byazi: "Koronavirusa yoluxmuşdum, çox çətin idi"

18:25 - 3 Yanvar 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada bu barədə danışıb. 65 yaşlı çalışdırıcı peyvəndin ona kömək etdiyini bildirib: 

 

"Koronavirusa yoluxmuşdum, çox çətin idi. Həmin vaxt Azərbaycanda idim. Orada vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanada yatmağa ehtiyac olmadı. Amma diqqətli olmalı və xəstəliyə ciddi yanaşmalıyıq. Peyvənd mənə kömək etdi. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Xoşbəxtlikdən fiziki cəhətdən güclüyəm".

Xəbər xətti