"Legiya" rəsmisi: "Mahirin bizimlə müqavilə öhdəliyi var"

15:43 - 5 Yanvar 2022

Polşanın "Legiya" klubunun idman direktoru Yatsek Zelinski yerli mətbuata açıqlama verib.

Sportal.az xəbər verir ki, klub rəsmisi Mahir Emrelinin toplanışa qatılmamasına münasibət bildirib. O, millimizin üzvünün müqavilə öhdəliyi olduğunu deyib:
 

"Onun bizimlə müqavilə öhdəliyi var. Emreli dekabrın 6-da komandanın digər üzvləri ilə birlikdə testlərə qatılmalıdı. Azarkeşlərin hücumuna məruz qalmış digər oyunçu Lukinyas Emrelidən fərqli olaraq, plan üzrə toplanışa qatılıb".

Xəbər xətti