"Yuventus"dan möhtəşəm geridönüş - VİDEO

10:48 - 10 Yanvar 2022

İtaliya A Seriyasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Roma" doğma meydanda "Yuventus"u qəbul edib. Qarşılaşma Turin təmsilçisinin 4:3 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 38-ə yüksəldən "Yuventus" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 32 xalı olan "Roma" isə 7-ci yerdədi.

 

"Roma" - "Yuventus" 3:4

Qollar: Temmi Abraham, 11, Henrix Mxitaryan, 48, Lorenso Pelleqrini, 53 - Paulo Dibala, 18, Manuel Lokatelli, 70, Deyan Kulusevski, 72, Matti De Şiqliyo, 77

Qırmızı vərəqə: De Liqt, 81

 

Xəbər xətti