Premyer Liqa klubu Koutinyonu təqdim etdi

12:15 - 12 Yanvar 2022

İngiltərənin "Aston Villa" klubu yeni transferini ictimaiyyətə təqdim edib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Barselona"dan icarəyə götürdüyü Filipe Koutinyo üçün imza mərasimi keçirib. Braziliyalı yarımmüdafiəçi yeni klubunda 23 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, "Aston Villa" Filipe Koutinyonu mövsümün sonunadək icarəyə götürüb.

Xəbər xətti