"Neftçi"nin Macarıstan klubunu ilə oyununun saatı açıqlandı

15:16 - 12 Yanvar 2022

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Macarıstanın “Kişvarda” klubu ilə yanvarın 14-də oynanılacaq sınaq matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Oyun “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

 

“Neftçi” Türkiyədə daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar”ın ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu olacaq. Digər rəqib isə hələ məlum deyil.

Xəbər xətti