Şevçenkonun "Cenoa" macərası qısa çəkdi

16:38 - 15 Yanvar 2022

İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Cenoa" Andrey Şevçenko ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı mütəxəssisə xidmətərinə görə təşəkkür edilib. Komandanı müvəqqəti olaraq Roberto Murqita çalışdıracaq.

 

Qeyd edək ki, Andrey Şevçenko "Cenoa"nın baş məşqçisi postuna 2021-ci ilin noyabr ayında təyin olunmuşdu. 45 yaşlı mütəxəssis "göy-qaralar" baş məşqçisi kimi 11 oyuna çıxıb. Komanda bu matçlarda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 7 dəfə isə meydanı məğubiyyətlə tərk edib.

 

"Genoa" 21 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti