"Tottenhem" - "Arsenal" matçı təxirə salındı

18:57 - 15 Yanvar 2022

İngiltərə Premyer Liqasının 22-ci turunun bir oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, "Arsenal" və "Tottenhem" arasında keçirilməli olan Şimali London derbisi başqa vaxtda oynanılacaq. Buna səbəb "topçular"ın heyətində koronavirusa kütləvi yoluxma hallarının olmasıdır.

 

Premyer Liqa rəhbərliyi "Arsenal"ın müraciətini qəbul edib və qarşılaşmanın təxirə salınması barədə qərar verilib.

 

Qeyd edək ki, "Tottenhem" - "Arsenal" qarşılaşması sabah Bakı vaxtilə saat 16:30-da baş tutmalı idi.

Xəbər xətti