"Bavariya"dan səfərdə 4 cavabsız qol - VİDEO

20:26 - 15 Yanvar 2022

Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Bavariya" səfərdə "Köln"ün qonağı olub. Qarşılaşma Münhen təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 46-ya yüksəldən "Bavariya" ən yaxın izləyicisi "Borussiya"nı 6 xal qabaqlayır. 28 xal toplayan "Köln" isə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

"Köln" - "Bavariya" 0:4

Qollar: Robert Levandovski, 9, 62, 74, Korentin Tolisso, 25

 

Xəbər xətti