Türkiyə klubunun baş məşqçisi məlum oldu

22:14 - 15 Yanvar 2022

Türkiyənin "Altay" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Mert Nobre çalışdıracaq. Bu barədə İzmir klubunun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl köməkçi məşqçi vəzifəsində çalışan 41 yaşlı mütəxəssis mövsümün sonunadək "ağ-qaralar"ın sükanı arxasında olacaq.

 

Qeyd edək ki, Mert Nobre "Altay"ın baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Denizlini əvəz edib.

Xəbər xətti