Millimizin sabiq kapitanı: "Azərbaycanın çempion olması realdı"

14:17 - 19 Yanvar 2022

Azərbaycan millisinin veteran futzalçısı Vitali Borisov Sportal.az saytına açıqlama verib.

Yığma komandamızda kapitanlıq sarğısı daşımış Borisov bu gün Niderlandda start götürəcək futzal üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan millisinin şanslarını dəyərlənidirib:

“Millimiz çətin qrupdadı. 1-ci oyundan çox şey asılıdı. Gürcüstan millisinin heyətində 6 braziliyalı var. İspaniyanı isə favorit hesab edirəm. Bosniya və Herseqovina qrupdakı ən zəif komandadı. İlk matçda şanslar 50/50-di. Həm qrupun, həm də turnirin favorit İspaniya millisidi”.

"Azərbaycan millisinin çempion olması realdı. Amma bunu etmək çətin olacaq. İstənilən halda, millimizə uğurlar arzu edirəm" – deyə, Vitali Borisov fikirlərini yekunlaşdırıb.

Xəbər xətti