Nigeriyalı futbolçulara qarşı dələduzluq edən azərbaycanlı "menecer" axtarışa verildi

17:13 - 19 Yanvar 2022

Bakıda Nigeriya vətəndaşlarını aldadan şəxs axtarışa verilib.

 

Sportal.az xəbər verir ki, yanvarın 17-də həmin şəxslər Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bu barədə şikayət ərizələrini təqdim ediblər.

 

Belə ki, Nigeriya vətəndaşları – 24 yaşlı Ochia Onyeka Bonaventure, 23 yaşlı Animasaun Babatununde Ayo, 21 yaşlı Okafo Chukvuka Collis, 23 yaşlı Kanu İfeanyi Kelvin, 24 yaşlı Effiong Anthony Jhon və həmyaşıdı Olavale Abiodun bununla bağlı ərizə ilə müraciət ediblər.

 

Onlar bildiriblər ki, 2021-ci il avqust-noyabr aylarında Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü İsmayılov Musa Heydər Oğlu onları aldadaraq 21 500 dollar pullarını alaraq mənimsəyib.

 

M.İsmayılov nigeriyalılara vəd verib ki, onları Azərbaycan futbol klublarına üzv etdirəcək və futbolçu kimi oyunlara çıxacaqlar.

 

Araşdırma zamanı məlum olub ki, Musa İsmayılov barəsində başqa bir dələduzluq işi də var. Xətai RPİ onu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edərək axtarışa verib.

 

M.İsmayılovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Qafqazinfo.az)

Xəbər xətti