"Neftçi" panamalı forvardla müqavilə imzalayacaq?

12:15 - 20 Yanvar 2022

"Neftçi" heyətini panamalı forvardla gücləndirə bilər.

Sportal.az saytının məlumatına görə, bir həftədir "ağ-qaralar"ın düşərgəsində yer alan Ansoni Frias komandada qala bilər.

Antalyadakı toplanış zamanı "Visla"(Plotsk) klubuna qarşı keçirilən yoxlama görüşünə əsas heyətdə meydana çıxan panamalı forvard məşqçilər korpusunun etimadını qazana bilib.

Toplanışın sonunda "Nefti"nin 21 yaşlı hücumçu ilə müqavilə imzalayıb-imzalamayacağı dəqiqləşəcək.

Forvard son olaraq ölkəsinin "Alyans" klubunda çıxış edib.

Xəbər xətti