Millimiz beynəlxalq turnirdə iştirak edəcək

17:40 - 20 Yanvar 2022

Azərbaycan U-17 millisi beynəlxalq turnirdə mübarizə aparacaq.

Sportal.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Fevralın 6-13-ü aralığında keçiriləcək yarışda Azərbaycan yığması ilə yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək.

Azərbaycan millisinin oyunlarının təqvimi

6 fevral


11:00 Qırğızıstan – Azərbaycan

7 fevral

19:00 Azərbaycan – Belarus

9 fevral

12:00 Qazaxıstan – Azərbaycan

10 fevral

19:00 Azərbaycan – Tacikistan

Xəbər xətti