"Səbail" MOİK-lə qarşılaşır

14:59 - 21 Yanvar 2022

Mövsümün ikinci yarısının hazırlığını Bakıda davam etdirən "Səbail" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin komandası I Divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək. "Dalğa Arena"da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

 

Qeyd edək ki, "Səbail" qış toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda "Keşlə"yə 0:2 hesabı ilə məğlub olub.

Xəbər xətti