Yunanıstan klubuna keçəcəyi gözlənilən futbolçu "Səbail"lə yeni müqavilə imzaladı

15:48 - 21 Yanvar 2022

"Səbail" futbolçusu Turan Manafovla müqaviləni yeniləyib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 1 illikdir.

 

Qeyd edək ki, 3 nömrəli oyunçu  2019-cu ildən “dənizçilər”in heyətində çıxış edir.

 

Turan Manafovun Yunanıstanın "Olimpiakos" (Volos) klubuna keçəcəyi haqda xəbərlər yayılmışdı. Hətta yunan mətbuatı futbolçunun bu klubla anlaşdığını yazmışdı.

Xəbər xətti