"Neftçi" "Turan Tovuz"la heç-heçə etdi

16:13 - 21 Yanvar 2022

“Neftçi-2” qış təlim-məşq toplanışında ikinci sınaq matçını keçirib.

 

Sportal.az xəbər verir ki, əvəzedicilər “Turan Tovuz” klubu ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə qollu heç-heçə qeydə alınıb. “Ağ-qaralar”ın heyətində Xaqani Sadıxov fərqlənib.

 

Toplanış zamanı bundan əvvəl “Füzuli” klubu ilə qarşılaşmış (4:1) “Neftçi-2” daha 2 yoxlama oyunu keçirməyi planlaşdırır. Yanvarın 26-da “Qarabağ-2”, fevralın 2-də isə U-18 milli komandası ilə yoxlama görüşü nəzərdə tutulub.

Xəbər xətti