"Sabah" braziliyalı ilə müqavilə imzalaya bilər

17:27 - 21 Yanvar 2022

"Fluminense" yetirməsi olan Hiqor Qabriel karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan Masazır təmsilçisi braziliyalı müdafiəçini düşərgəyə dəvət edib.

Futbolçu dünən “Zarya”ya (1:1) qarşı keçirilən yoxlama görüşünün də iştirakçısı olub.

Qabriel məşqçilər korpusunun etimadını qazanarsa, onunla müqavilə imzalanılacaq.

​Xatırladaq ki, futbolçu sentyabrda Bakıya gələrək komandanın düşərgəsində olmuşdu. 

Xəbər xətti