Təlim-məşq toplanışına Bakıda davam edən "Səbail" bu gün növbəti yoxlama görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda MOİK-lə qarşılaşıb.
"Dalğa Arena"da keçirilən görüşdə "Səbail" 3:1 hesabı ilə qalib gəlib.
Paytaxt təmsilçisinin qollarını 19-cu dəqiqədə Cavid Tağıyev, 28-ci dəqiqədə Ruslan Hacıyev, 58-ci dəqiqədə Camal Araqo vurub.