"Barselona"nın hücumçusu: "Doğru yoldayıq"

19:13 - 21 Yanvar 2022

"Barselona"nın yarımmüdafiəçisi Ferran Torres İspaniya kubokunun 1/8 final mərhələsinin “Atletik”lə ( 2:3) matçından sonra danışıb.

Sportal.az xəbər verir ki, ispan forvard Kataloniya təmsilçisinin Bilbaodakı məğlubiyyətini şərh edib:

"Çox çətin oldu. Amma heç nə olmaz. Əsas odur ki, doğru yoldayıq.  İşləməyə davam etməli, irəliləməliyik və nəticələr mütləq gələcək. Pis durumdan çıxa biləcəyik.

"Atletik"ə qarşı da yaxşı oynadıq. Amma fərdi səhvlər ucbatından uduzduq. “Atletik”i qələbə münasibətilə təbrik edirəm".

Xəbər xətti