Elmar Baxşıyev: "İstəyərdik ki, geniş heyətimiz olsun"

19:43 - 21 Yanvar 2022

"Düşündüyümüz plan üzrə ikinci oyunumuz oldu.Əsas məqsədimiz bütün komandanın oyun yükünü hiss etməsidir. Xətlərarası əlaqəni getdikcə daha da yaxşılaşdıracağıq. İlk iki oyun arasında fərqi hiss etdik. Komada gündən-günə daha artığını edəcək və yaxşı formada olmağa çalışacaq".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Şimali Makedoniya "Borats"ına 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

​O, komandasının hazırlıq prosesini də dəyərləndirib: "Ümumi götürsək, komanda 10 gündür bir yerdədir. Bu, az müddətdir. İlk turlarda 80-90 faiz optimal formaya yaxın olacağıq. İstəyərdik ki, geniş heyətimiz olsun. Amma hər şeyi nəzərə almalıyıq. Yeni transfer Patrik Robsonun bizə tez qoşulmasını gözləyirik. Düşünürəm ki, çempionatda ağır da olsa, boşluğu aradan qaldıra biləcək gücdəyik. Komandadan meydançada istədiklərimizi görmək istəyirəm. Əsas onların yanaşması düzgün olmalıdır. Sevindiricidir ki, bütün futbolçular səylə çalışırlar. Mövsüm üçün hədəf qoymamışıq. Qarşıdakı görüşü fikirləşirik".

Xəbər xətti