Fransa çempionatında ayın futbolçusu seçildi

19:58 - 21 Yanvar 2022

Fransa Liqa 1-də dekabrın ən yaxşı futbolçusunun adı məlum olub.


Sportal.az xəbər verir ki, "Monpelye"nin kapitanı Teji Savanye ötən ay üçün Liqa 1-in ən yaxşı seçilib.

30 yaşlı yarımmüdafiəçi səsvermədə 38 faiz səslə 1-ci olub.

Savanye ötən ay 4 matçda 2 qol, 2 assistlə oynayıb.

Səsvermədə 2-ci pilləni PSJ-nin futbolçusu Kilian Mbappe (36 %), 3-cü pilləni isə “Nant”dan Pendal Kolo Muani (26%) tutub.

Xəbər xətti