Almaniyalı "Çelsi"nin yeni təklifini qəbul etməyib

20:40 - 21 Yanvar 2022

“Çelsi”nin müdafiəçisi Antoni Rudiger yeni müqavilə üçün klubdan 46 milyon funt-sterlinq tələb edib.

Sportal.az xəbər verir ki, “zadəganlar” 28 yaşlı müdafiəçiyə həftəlik 135 min funt-sterlinq təklif edib. Amma o, bu təklifi qəbul etmək fikrində deyil.

“Mançester Yunayted”, “Yuventus”, PSJ və “Bavariya”nın transfer siyahısında yer alan almaniya bu klublardan birinə azad agent kimi keçə bilər. 

Futbolçu özü isə “Real”a keçmək niyyətindədi. “Kral klubu” isə onun xidmətində maraqlı olmadığını bildirib.

 

Xəbər xətti