“Sabah”ın futbolçusu Kiyevdə əməliyyat olundu

22:50 - 21 Yanvar 2022

“Sabah”ın gənc futbolçusu İdris İnqilablı Ukraynanın Kiyev şəhərində diz oynağının ön çarpaz bağlarından əməliyyat olub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

​Əməliyyatın uğurlu keçdiyi diqqətə çatdırılıb. Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi 4 ay sonra komanda ilə məşqlərə başlaya biləcək.

Xəbər xətti