"Qarabağ"ın rəqibi forvardını "Boka Xuniors"a satdı

23:14 - 21 Yanvar 2022

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Fransa klubu Dario Benedettonun xidmətinə ehtiyac duymayıb.  

Hücumçu “Boka Xuniors”a qayıdıb. 2016-2019-cu illərdə “Boka Xuniors”da çıxış etmiş forvard 14 milyon avro qarşılığında “Marsel”ə keçmişdi.

Benedetto mövsümün ilk yarısını icarə əsasında “Elçe”də keçirib. İspaniya klubunda o, 16 maçtda 2 qol, 1 assistlə çıxış edib. Argentina klubu isə Benedetto üçün 3 milyon transfer məbləği ödəyib. 

 

Xəbər xətti