"Neftçi" Əliyev transferindən imtina etməyib

15:01 - 22 Yanvar 2022

Qışda “Ufa”nın futbolçusu Azər Əliyevi heyətinə qatmaq istəyən “Neftçi” bunu həyata keçirə bilmədi. 

Sportal.az saytının məlumatına görə, “ağ-qaralar” Azəri heyətinə qatmaq fikrindən vaz keçməyib.

Belə ki, paytaxt təmsilçisi yayda yenidən Azərə təklif göndərib, onu razı salacaq məbləğ irəli sürəcək. 

“Yenisey” yetirməsi olan Azər “Saxalin”, “Krılya Sovetov”, “Tambov” klublarında çıxış edib.

Xatırladaq ki, futbolçu "Neftçi"nin irəli sürdüyü məbləğlə razılaşmadığına görə onun transferi baş tutmamışdı.

 

Xəbər xətti