"Şikayətlənmək istəmirəm, lakin Mahirin əvəzinə oynadacaq başqa hücumçumuz yoxdu"

18:52 - 25 Yanvar 2022

“Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç Mahir Emreli haqda danışıb.

Sportal.az xəbər verir ki, Varşava klubunun çalışdırıcısı Emrelinin hələ də düşərgədə olmamasına toxunub:

"Emreli hazırda bizimlə olmasa da, o, hələ də bizim oyunçu hesab edilir. Mahir müqaviləsi davam edən futbolçularımızın sırasındadı. Hazırki durumda çox futbolçu gətirmək asan deyil. Amma transfer oluna biləcək oyunçuları görəndə də təşvişə düşmürəm. 

Pekhart, Lopes, Vlodarçik və Rosolyak “Legiya” üçün yaxşı səviyyədə oynaya biləcək oyunçulardı. Gözləntilərimizi doğruldacaqlarına inanıram. Şikayətlənmək istəmirəm, lakin Mahirin əvəzinə oynadacaq başqa hücumçumuz yoxdu”. (TVP Sport)

Xəbər xətti