"Qarabağ"lı futbolçunun millisi Afrika kubokunda iştirakını dayandırdı - VİDEO

23:14 - 25 Yanvar 2022

"Qarabağ"ın futbolçusu Patrik Andradenin də şərəfini qorduğu Kabo Verde millisi Afrika Millətlər kubokundakı çıxışını dayandırıb.

Sportal.az xəbər verir ki, Andrade Seneqala qarşı oyuna start heyətində çıxıb və 21-ci dəqiqədə rəqibə qarşı kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandası isə 2-ci yarıda buraxdığı 2 cavabsız qolla meydanı məğlub tərk edib. Kabo Verdenin qapıçısı Vozinya isə 57-ci dəqiqədə meydandan qovulub və komanda oyunu 9 nəfərlə bitirib.

Seneqal - Kabo Verde 2:0
Qollar:
Sadio Mane 63, Dienq 90+2

Xəbər xətti