"Milan" 18 yaşlı hücumçu transfer etdi

18:51 - 27 Yanvar 2022

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası klubu Serbiyanın "Srvena Zvezda" klubundan Marko Lazetiçi rənglərinə bağlayıb. 18 yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Marko Lazetiç "Srvena Zvezda"nın yetirməsidir. Gənc forvard cari mövsümdə Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 21 oyunda 7 qol vurub.

Xəbər xətti