"Mançester Yunayted" hücumçusunu icarəyə verdi

20:20 - 27 Yanvar 2022

"Mançester Yunayted" gənc futbolçusu Amad Diallonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu Şotlandiyanın "Reyncers" klubuna keçib. Gənc forvard mövsümün sonunadək Premyer Liqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Amad Diallo "Mançester Yunayted"ə 2021-ci ilin yanvar ayında "Atalanta"dan transfer olub. Fil Dişi Sahili millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 3 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti