"İnter" hücumçu transfer etdi

18:06 - 29 Yanvar 2022

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyasının lideri "Cenoa"nın hücumçusu Felipe Kaysedonu rənglərinə bağlayıb. 33 yaşlı forvard mövümün sonunadək icarə əsasında Milan klubunda çıxış edəcək.

 

Qeyd edək ki, Felipe Kaysedo mövsümün əvvəlində "Latsio"dan "Cenoa"ya transfer olmuşdu. Təcrübəli hücumçu cari mövsümdə meydana çıxdığı 10 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti