"Keşlə" bu tarixdən "Şamaxı" adlanacaq

13:14 - 2 Fevral 2022

"Keşlə"nin "Şamaxı"ya çevrilməsi prosesi sürətlənib.

Sportal.az xəbər verir ki, klub mart ayından etibarən yeni adla oynayacaq.

Bu barədə jurnalistlərə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib:

"Keşlə" yeni adla martdan oyunlarını təşkil edəcək. Bununla bağlı AFFA və PFL-ə sənədlər göndərilib. Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-dan cavab gözləyirik. Əsas məqsədimiz odu ki, "İnter" və "Keşlə"nin özünəməxsus tarixi itməsin".

Daha əvvəl "Keşlə"nin növbəti mövsümdən "Şamaxı" adlanacağı bildirilirdi.

Xəbər xətti