"Səbail"dən növbəti transfer

12:18 - 5 Fevral 2022

“Səbail” daha bir futbolçunu komandaya cəlb edib. 

 

Sportal.az xəbər verir ki, Hüseynəli Quliyev sabiq klubuna qayıdıb.

 

Paytaxt təmsilçisi 23 yaşlı qolkiperlə il yarımlıq müqavilə imzalayıb. O, 2017/18 mövsümündə Gənclər Liqasının bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib və ilin qapıçısı mükafatına layiq görülüb. Quliyev daha sonra “Sumqayıt” və “Sabah”ın formasını geyinib.

 

Qeyd edək ki, “Səbail” dünən “Zirə”dən ayrılan Rəşad Əzizlini də heyətinə qatıb.

Xəbər xətti