Rauf Əliyev 300-ə çatdı

14:19 - 9 Fevral 2022

Rauf Əliyev Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Səbail”in hücumçusunun yubileyi Premyer Liqanın XV turuna təsadüf edib. “Sumqayıt”la ev matçına qədər 299 oyuna çıxan forvard üçün 1:1 hesablı heç-heçə yubiley xarakteri daşıyıb. Rauf bu matçlarda 63 qol vurub.

 

Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən Əliyevin ilk komandası “Qarabağ” olub. O, Ağdam təmsilçisində 131 (23 qol), “Səbail”də 41 (9 qol), “Bakı”da 38 (11 qol), “Keşlə”də 36 (12 qol), “Qəbələ”də 23 (4 qol), “Neftçi”də 20 (1 qol), “Xəzər Lənkəran”da 11 (3 qol) oyun keçirib.

Xəbər xətti